Ramin Quluzadənin idarəsində innovativ “oğurluq”

01.10.2019 - 09:52

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Aztelekom-un rayon/şəhər telekommunikasiya qovşaqları arasında özəl provayderlərin müştərilərinin “oğurlanması” üzrə statistika açıqlayıb. Tanınmış ekpertin öz facebook səhifəsində təqdim etdiyi araşdırmanı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: Beləliklə, telekommunikasiya qovşaqları arasında özəl provayderlərin müştərilərinin “oğurlanması” üzrə reytinq Cədvəli :
Rayonlar arasında :
1-ci yer
Abşeron Telekommunikasiya qovşağı
Bu rayondan son zamanlar özəl İSP-lərin toplam təxminən 23 min müştərisi oğurlanıb.
(rəis, Mikayıl Babayev)
2-ci yer
Xaçmaz Telekommunkasiya qovşağı
(rəis Ariz Davudov )
Bu rayonda son zamanlar özəl provayderlərin təxminən 7 min müştərisi oğurlanıb və Aztelekoma keçirilib.
Hazırda bu rayonda ümumiyyətlə özəl provayder qalmayıb.
NRYTN rəhbərliyi demişkən, özləri çıxıb gediblər 🙂
Bu cür yeni yaranmış biznes mühitində isə, fikrimcə İqtisadiyyat Nazirliyi Aztelekom-a qarşı antimonopol qanunvericiliyin tələblərini irəli sürməlidir .
Şəhərlər arasında :
1-ci yer
Gəncə şəhər Telekommunikasiya qovşağı
(rəis, Əbülfəz Orucov )
Burada son zamanlar özəllərin təxminən 25 min müştərisi oğurlanıb
2-ci yer
Sumqayıt şəhər Telekommunikasiya qovşağı
(rəis, İqbal Yusifov)
Burada soz zamanlarda özəl Provayderlərin təxminən 20 min müştərisi oğurlanıb.
Ən çox müştərisi oğurlanan özəl Provayderlər isə aşağıdakılardır :
1. Avirtel – təxminən 10 min müştərisi oğurlanıb
2. DataPlus
3. TransEuroCom
4. Smart
5. Evrotel
6. Alfanet
7. Metronet və s.
Bir Provayderin nümunəsində bütün rayonlar üzrə oğurlanan müştərilərin Siyahısnı da təqdim edirəm.
Hazırda bir sıra provayderlər bununla bağlı məhkəməyə müraciət ediblər.
Beləliklə, NRYTN-nin haqsız rəqabəti davam edir. Özəllər tam sıxışdırılıb.
Dövlətə məxsus olan telekommunikasiya resurslarından dövlət və özəl İSP-lərin bərabər əsaslarla istifadəsi mümkünsüz olub. Özəl İSP -lər üçün rabitə quyularına giriş qadağan olunub, ATS-lərdəki dövlət resursları da özəllərin üzünə bağlanıb.
P.S. Müştərilərin özəl provayderdən oğurlanaraq gecəykən Aztelekom şəbəkəsinə keçirilməsi aşağıdakı qaydada həyata keçirilir. NRYTN innovasiya adı altında , müştəriyə yaxın ərazidə ONA tipli ATS quraşdırır. Köhnə ATS-dən buradək olan məsafəni fiberoptik edir. Buradan müştəriyədək olan məsafə isə yenə də köhnə mis məftil üzərindədir .
Bundan sonra NRYTN özəl provayderə deyir ki onların köhnə ATS-də olan avadanlıqları dərhal bu yeni ONA ətrafına daşınmalıdır. Provaydrelər isə təbii ki qısa müddətdə burada öz avadanlıqlarını quraşdrıa bilmirlər. Çünki ONA-da yer yoxdur, həmin ərazidə torpaq icarəyə götürmək, quraşdırma işləri aparmaq, elektrink xətti şəkmək və s. elə də asan məsələ deyil və zaman tələb edir.
Belə olan halda isə onların bütün müştəriləri , müştərinin və Provayderin razılığı olmadan Aztelekom üzərinə keçirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133859

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930