“AFB Bank” haqqında yayılan məlumatlara aydınlıq gətirdi – Kredit portfeli artıb

08.10.2019 - 16:41

images“AFB Bank” “AzPolitika.info”nun redaksiyasına 24 sentyabr tarixində dərc edilən “Kəmaləddin Heydərovun bankında yeni təyinatlar… – Bankın “axsayan” göstəricilərini düzəldə biləcəklərmi?” başlıqlı yazı ilə bağlı yazılı mövqeyini göndərib. Bankın məktubunda həmin yazı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilib.

Məktubda ilk öncə bankda baş verən kadr dəyişikliklərinə diqqət yetirilir: “İlk olaraq, yazıda toxunulan kadr dəyişikliyi məsələsinə dair bildirmək istərdik ki, kadr potensialının gücləndirilməsi hər bir şirkətin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. “AFB Bank” olaraq bizim üçün davamlı inkişafın təmin edilməsində kadr potensialının gücləndirilməsi aktual məsələdir. Kadr siyasəti təşkilatın ümumi siyasətinin tərkib hissəsidir və onun inkişaf konsepsiyasına tam uyğun olmalıdır. “AFB Bank” da bu istiqamətdə yoxlanılmış təcrübəyə əsaslanaraq müvafiq addımlar ataraq, kollektivə yeni əməkdaşlar cəlb edib. Bu proses digər şirkətlərdə olduğu kimi bizim şirkətdə də istifadə edilən və yetərincə effektli bir təcrübədir. “

Daha sonra bank öz səhmdarları və əldə etdiyi maliyyə göstəricilərilə bağlı məlumat verir: “Bundan başqa toxunmaq istədiyimiz əsas məqamlardan biri də “AFB Bank”ın səhmdarlarına dair informasiyadır. Bununla bağlı bildirmək istərdik ki, AFB Bankın səhmdarları, 99,6406% payla İsmayılov Hikmət Əbuzər oğlu, 0,1797% payla Muradov Cəmil Tahir oğlu və 0,1797% payla Abdullayev Əkbər Həsən oğludur. Bu barədə məlumat fəaliyyətini hər zaman şəffaflıq üzərində quran AFB Bankın rəsmi səhifəsində də qeyd edilib.

1544428118_0001

Azərbaycan bank sisteminin aparıcı maliyyə institutlarından biri olan “AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin cari il ərzində fəaliyyətində yalnız irəliləyişlər qeydə alınıb. Ümumilikdə isə 2019-cu ilin ötən 9 ayı üçün olan maliyyə göstəriciləri keçən ilin müvafiq dövrünə aid göstəricilər ilə müqayisədə yüksəkdir. Belə ki, 30.09.2019 tarixinə olan göstəricilərə əsasən bankın aktivləri 582,700 milyon manat təşkil edir, bu rəqəmdə keçən illə müqayisədə 162,659 milyon manat artım müşahidə olunur. Əgər keçən il sentyabr ayının nəticələrinə diqqət yetirsək, bankın kredit portfeli 206,461 milyon manatdan 284,618 manata qədər artıb. “AFB Bank”-ın məcmu kapitalı isə hal-hazırda 77,400 milyon manat təşkil edir. Bankın dividend ödəməsi onun möhkəm maliyyə vəziyyətindən xəbər verir. ROE göstəricisinə görə isə “AFB Bank” Azərbaycan maliyyə bazarında top 5-ə daxildir. 2019-cu ilin iyul ayında dünyanın nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Rating”-in “AFB Bank”-ın uzunmüddətli emitentinin defolt reytinqini (EDR) “B” səviyyəsində təsdiqləməsi bütün bunların daha bir sübutudur. Məlumat üçün bildirək ki, bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək göstəricilərdən biridir. AFB Bank, hər zaman ictimaiyyətə açıq olduğunu xüsusi vurğulayaraq gələcəkdə də media nümayəndələrinin suallarına cavab verməyə hazır olduğunu bildirmək istəyir.”
“AzPolitika.info” isə xatırladır ki, bankın nəzərdə tutduğu məqalədə “AFB Bank”-ın öz açıqlamasında da göstərildiyi kimi, onun səhmlərinin 99,64 faizinin Hikmət İsmayılova aid olduğu qeyd edilmişdi. H.İsmayılovun isə mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı və onun biznesinin idarə olunmasında iştirak edən şəxslərdən biri kimi təqdim edildiyi bildirilmişdi.

Bankın maliyyə vəziyyətinə gəldikdə isə bir neçə göstəriciyə diqqət yetirilmişdi. Məsələn, göstərilmişdi ki, cari ilin birinci rübünün nəticələrinə görə, bankın faiz gəlirləri cəmi 14,3 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 24,2% azdır. Həmçinin, ötən illə müqayisədə banka ödənilən haqq və komissiyalar da iki dəfə azalaraq, 3,5 milyon manatdan 1,6 milyon manata düşüb. Bu, o deməkdir ki, bankın xidmətindən istifadə edilməsi iki dəfədən də çox azalıb. Həmçinin, bankdakı depozitlər 95 milyon manat azalaraq, 317,1 milyon manatdan 222,1 milyon manata düşüb və s.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930