Gəncə xalqının sevinci

01.07.2019 - 17:29

“Lənətlənmiş Gəncə oliqarx”ı ləqəbi ilə tanınan Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və mühafizəçisi iyul ayının üçündə Yunis Səfərov tərəfindən Azərbaycanın ikinci böyük şəhərinin mərkəzi meydanında Gəncə İcra Hakimiyyəti binasının qarşısında odlu silahla güllələndi.Əslən gəncəli olan Moskvada yaşayan Yunis Səfərov Elmar Vəliyev tərəfindən təhqirlərə məruz qalan bacısının və Gəncə xalqının iztirabına son vermək üçün Gəncə şəhərinə gələrək icra başçısını güllələyib.Ölkə rəhbərliyi bu hadisəni ,sui-qəsdi adi kriminal kimi adlandırır.Amma mənim fikrimcə bu hadisə fəlakətdir.Çünki,hakimiyyət şəhər rəhbərinin kobudluğunu,özbaşınalığını,rüşvətxorluğunu görməzdən gəlməyə çalışır.Sanki,əhali illərdir ki, E.Vəliyevdən heç narazı deyil,sanki,o,insanları təhqir etmir,alçaltmır,əmlak hüquqlarını pozmur,ləyaqətini alçaltmır.Elmar Vəliyev məktəb və bağça üçün ayrılan torpaqların bir hektarını on iki-on üç mindən özü kimi oliqarxlara satıb,neçə min insanı öz biznesinin qurbanına çevirərək evlərindən qeyri-qanuni şəkildə çıxarıb.Məhkəmə qərarlarını saymayıb,”gedin kimə istəyirsiniz şikayət edin” deyərək qovub.Dəfələrlə probləmlərinin həlli üçün onunla görüşmək istəyən əhalini qəbulundan qovub,təhqir edib.Gəncədə sorğu-sual aparsanız ki,ən nifrət edilən beş icra başçısı kimdir sualına əhali bir an olsun düşünmədən Elmar Vəliyev deyər.Onun əlindən insanlar evlərini qoyub Gəncə şəhərindən qaçıblar.Niyə dövlət başçısı Elmar Vəliyevin özbaşınalığını,kobudluğunu görmür,niyə cəzalandırmır?Axı gəncəlilər dəfələrlə lazımi orqanlara,dövlət başçısına,vitse-prezidentə şikayət ərizələri yazıblar.Lakin baxan olmayıb,çünki E.Vəliyev rüşvətlə hamını susdurub.Bəs Elmar Vəliyev bilmirdi ki,onun bu insanlığa sığmayan vəhşilikləri,özbaşınalıqları cavabsız qalmayacaq?Onun bu cür davranışları dövlət başçısının qaydalarına ziddir.Ölkə başçısı dəfələrlə dövlət məmurlarının vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıb,özlərini kobud və məsuliyyətsiz aparanların cəzalandırılacağını biıdirib.Deməli,dövlət başçısının sözü elə də dövlət məmurları üçün önəm daşımır,ya da dövlət başçısı düşünür ki, öz taxtı-tacını, iyirmi altı illik Əliyevlər səltənətini elə bu formada xalq üzərində basqı qurmaqla qoruya bilər.Oktyabr ayının dördündə Bakı Appelyasiya Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi və mühafizəçisini güllələyən Yunis Səfərovun məhkəməsi baş tutub.O həbsdə gördüyü təzyiqlərdən,fiziki zorakılıqdan,işgəncələrdən şikayətlənib.Yunis Səfərovun anası ilə əlaqə saxlayanda bizə bildirdi ki,oğluna ayrılan vəkili bu işdən geri çəkilməyəcəyi təqdirdə ölümlə hədələyiblər.Hətta Yunis Səfərova vəkilinin əleyhinə danışmaq üçün işgəncə verirlər.Qeyd edim ki,Yunis Səfərovun anası bu hadisəni həm bizim qəzet,sayt vasitəsilə,həm də digər sosial şəbəkələr vasitəsilə ictimailəşdirib.
Zərifə Məmmədova

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135624

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930