Siyasi məhbusların acınacaqlı sonu

25.01.2019 - 09:14

Gəncə məhbusu həbsxanada vəfat etdi.Neçə müddətdir ictimai fəallar kompaniya aparırdılar ki,bu adam çox ağır xəstədi,ölə bilər.Özdə suçu nədən ibarətdir?Heç kimi öldürməyib,heç kimə daş atmayıb,heç kimi bıçaqlamayıb.Sadəcə hökümətin icazə vermədiyi mitinqdə iştirak edib.53 yaşındakı adam həbsdə xəstəlik tapıb,ölüm ayağındadır.Ailəsi yalvarır,hüquq müdafiəçiləri danışır ki,adam ölür,buraxın barı gedib evində ölsün.Axı bu nə qəddarlıqdır?Seymur Həzi adında jurnalistə beş il həbs cəzası veriblər.Qırx gün qalıb cəzasının bitməyinə.Günə-gün otuzdurublar onu həbsdə.Kimi axı günə-gün otuzdururlar həbsdə?Büdcə oğruları günə-gün oturur mu?Məmur övladları törətdikləri ağır cinayətlərə görə Azərbaycanda həbsxanada illərlə oturur mu?Hansı özlərinindisə ört-basdır edirlər.Amma,jurnalist açıq sözünü dediyinə görə günə-gün oturmalıdır həbsdə.Qarabağ qazisi Babək Həsənov,Asif Yusifli haqqını tələb edib beş il günə-gün həbsdə oturmalıdır.Qobustan təcridxanasında siyasi məhkumlara işgəncə verilməsi ilə bağlı xəbərlər günbəgün artır.Müsəlman hərəkatı birliyinin keçmiş sədri Taleh Bağırov,Nardaran məhbusu Abbas Hüseynovla bağlı dəhşətli faktlar üzə çıxardım.Onlar orda çox ağır işgəncələrə məruz qalıblar.Abbas Hüseynovu iyirmi il azadlıqdan məhrum etmələrinə baxmayaraq,onu orta əsrlər düşüncəsinə xas şəkildə çarmıxa çəkirlər.Onun gözlərini,ağzını bağlayıblar.Əllərinə bir-birinin üstündən üç qandal vurublar.Qarabağ qazisi Babək Həsənov baxmayaraq dilə gətirib ki,bilirəm mənə işgəncə verəcəksiz.Amma mənim onurğam zədəlidir.Döyüşdə erməni gülləsi almışam.Bunu nəzərə alın,qarşısı alınmaz xəsarət yarana bilər,şikəst ola bilərəm.Hər halda düşünür ki,həmyerliləridir,düşmən deyilki qarşısındakı insanlar,öz doğma vətəninin insanlarıdır.Amma,onlar bunu bilə-bilə onu yerə yıxıb onurğasının üstündə tullanıb-düşürlər.Bu hansı vicdana,insafa sığar?Aqil Məhərrəmli də həmçinin dilə gətirib ki,bilirəm hazırlaşırsız mənə işgəncə verməyə,amma,mən bədənimin filan nahiyyəsindən əməliyyat olunmuşam,bunu nəzərə alın.Yenə də bu insanların bunları deməkdə məqsədləri nədir?Düşünürlər ki,qarşılarındakı azərbaycanlıdır,düşmən deyil.Amma,namərdcəsinə həmən yerdən həmən insanları vururlar.İşgəncə məsələsi dayanmalıdır.Bununla heç nəyə nail olmaq olmaz.Bu işgəncələr onsuzda heç kimi qorxuzmur Taleh Bağırzadə mi qorxub?Abbas Hüseyn mi qorxub?Babək Həsənov mu qorxub?Əksinə daha sərt bəyənnamə ilə çıxış ediblər.Babək Həsənova qarşı daha bir murdarcasına addım atırlar.Onun azyaşlı övladı ürək nahiyyəsindən əməliyyat olunmalıdır.Ona icazə vermırlər ki,etibarnamə versin ailə üzvlərindən birinə ki,əlində olan müəyyən əmlakı satıb övladını əməliyyat etdirə bilsinlər.Bu işgəncə deyil bəs nədir?Ölkədə siyasi fəaliyyət,repressiya olunmamalıdır.Bütün siyasi məhbuslar azad olunmalıdır və yeni siyasi məhbusların yaranmaması üçün təminatlar yaradılmalıdır.Bu öz həllini tapmalıdır Azərbaycanda.
Zərifə Məmmədova

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930