“Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub” – Ziyad Səmədzadə

14.11.2019 - 12:47

63e403e2-829b-477c-a386-f40508487ea4Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib: “Dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksəldilməsi Vergi Məcəlləsində də bir sıra dəyişiklikləri zəruri edib. Vergi Məcəlləsində edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər”.

O bildirib ki, Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136467

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930