“Biz söz azadlığının və demokratiyanın əleyhinə heç vaxt olmamışıq” – Allahşükür Paşazadə

14.11.2019 - 13:35

69e3a6d7-6d30-4e66-a66a-d8e61f48b801“Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycan Zati-aliləri Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək dövlətçilik təfəkkürü ilə milli-mənəvi dəyərlərə verdiyi önəm sayəsində bəşəri birliyə xidmət edən multukulturalizm, islam həmrəyliyi kimi ideyaların reallaşması istiqamətində uğurlu addımlar atılır və bu addımlar beynəlxalq aləmdə böyük siyasi, mənəvi rezonans yaradır”.

“Report” xəbər verir ki, bunu Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Biz söz azadlığının və demokratiyanın əleyhinə heç vaxt olmamışıq. Biz söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik. Söz yaradanın insana əmanətidir. İnsan hər sözü üçün Allah qarşısında məsuliyyət və cavabdehlik daşıyır. Söz ana, vətən, nur, məhəbbət, cənnət də ola bilər. Söz savaş, ölüm, cəhənnəm də ola bilər”, – deyə QMİ sədri bildirib.

A.Paşazadə qeyd edib ki, rabitə sahəsində müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi informasiya vasitələri nifrət çağırışlarını dünyada genişmiqyaslı sistemə çevirir: “Qlobal miqyasda nifrət çağırışları İraqda, Suriyada, Fələstində, Əfqanıstanda və digər ölkələrdə sabitliyi pozub, hərbi və soyqırımı cinayətlərinə rəvac verib. Nifrətin ideoloji təsirləri altında Qərb dünyası miqrant problemlərinə antihumanist münasibət ilə bəşəri fəlakətlərə, bəlkə də cinayətlərə yol açır. Məhz belə nifrət çağırışları sayəsində Azərbaycanın Dağlıq Qarabağ vilayəti Ermənistan tərəfindən hərbi təcavüzə və genosidə məruz qalıb, 20 faiz torpaqlarımız işğal olunub, milyonlarla insan əzəli torpaqlarından qaçqın düşüb, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb. Əfsuslar olsun ki, beynəlxalq hüquq normalarına rəğmən bu tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930