Bu şəbəkə xidmətinə qoşulanlarda internet olmayacaq
Noyabrın 21-də axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.
Şirkətdən “ APA -Economics”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Short URL: https://www.cumhuriyyet.net/?p=136942