Siyasi təzyiq

03.11.2019 - 11:56

Azərbaycan Demokratik Partiyasinin Nərimanov rayonu üzrə gənclər təşkilatının sədri olan Həsənov Tərlan, onun ailəsi və yaxınları hakimiyyətin təyin etdiyi mülki geyimli şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır. Qeyd edilən şəxslər dəfələrlə Həsənov Tərlanin evinə gələrək anası Tahirə xanımdan oğlunun harada olduğunu soruşublar. Bu arada həmin mülki geyimli şəxslər yenidən Tərlanin evinə gələrək, qeyri qanuni yolla eve baxış keçirib onun anasından oğlunun harada olduğunu soruşublar. Həmin şəxslərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan anası təhqir və təzyiqlərə məruz qalıb. Xatırladaq ki, bu mülki geyimli şəxslər dəfələrlə Tərlanin evinə gələrək əllərində heç bir axtarış izni olmadan evə zor gücünə girərək hər yeri axtarmağa cəhd göstərmişlər. Evdə bir şey tapmadiglari zaman hər yeri dagidaraq orani tərk etmişlər. Tərlanin anasi ve qardaşlari dəfələrlə evin qeyri qanuni yolla axtarılmasına izin vermədiylərinə görə mülki geyimli şəxslər tərəfindən döyülüb söyülərək polis bölməsinə aparılmışlar. Onuda qeyd edək ki, Həsənov Tərlan artıq bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Görünür Tərlanin siyasi baxışını və fəaliyyətini hakimiyyət özü üçün təhlükəli hesab etdiyinə görə onun ailəsinə böyük, ardı arası kəsilməyən təzyiqlər göstərməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=137414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031