Mitinqlər, etirazlar və aksiyalar dayanmayacaq, əksinə üçqatlı qüvvə ilə davam edəcək

04.11.2019 - 19:36

İndi gəlin, hər şeyi öz yerinə qoyaq. Çoxdan gözlənən 2 noyabr ümumxalq mitinqi niyə olmadı? O aksiya, əlbəttə, olacaq, ancaq bir az sonra. Hərəkatın lideri Əli Kərimli yaxında o tarixi açıqlayacaq.

  1. Aksiya ərəfəsində müxalifət diktatorun qan tökəcəyi barədə təsdiqlənmiş məlumatlar aldı. Daha dəqiq desək, İlham Əliyevin müxalifətə qarşı repressiyalara əl qol-açması üçün bir- iki polis məmurunu öldürmək planı var idi. İndi diktatorun cinayətkar niyyətlərini beynəlxalq birliyə çatdırmaq üçün müxalifətə müəyyən vaxt lazımdır. Qərb strukturlarının xarici siyasətində yer alan bütün səfirlik və idarələrdən xahiş edirik ki, diktator Əliyevin niyyətlərini lazımi ünvanlara çatdırsınlar.
  2. Diktator ailəsi müxalifətin mübarizəsinə dini rəng verməklə, mümkün olmayan qarayaxmaya çalışır. Daha doğrusu, onlar ultra-radikal dini qrupları ələ alır və xalqa qarşı təxribat hərəkətləri barədə təlimat verirlər.
  3. Hansısa idman keçmişi olan cinayətkar qruplar yağışdan sonra pırtlayan göbələklər kimi yeni siyasi liderlər şəklində ortaya çıxıb. Bu cinayətkar ünsürlər diktator ailəsinin dolayı göstərişləri ilə hərəkət edirlər. Məsələn, bir neçə həftə əvvəl yaranmış belə hərəkatın “siyasi liderlərindən” biri olan Fuad Muradov Əliyev diktaturasının günah keçisi olmalıydı. Qondarma “vətənpərvərlər” qrupuna döyüş və qarşıdurma yaratmaq göstərişi verilmişdi ki, nəticədə qrup üzvlərindən biri xüsusi xidmət orqanlarının və ya hüquq-mühafizə orqanlarının qeyri-rəsmi işçiləri tərəfindən bıçaqlanmalıydı.
  4. Qardaş qırğını müxalifətə qarşı yeni bir repressiya dalğası başlatmaq üçün diktator Əliyevin əlinə əsas verəcəkdi.
  5. Diktator Əliyevin ailəsi hakimiyyəti saxlamaq üçün xüsusi bir rejimə keçdi, daha doğrusu, Suriyadakına bənzər qanlı bir qırğın törətmək istədi. Ancaq diktatorun niyyətlərini bilən müxalifət buna imkan vermədi.
    Bizim fəaliyyətimiz:
  6. Qərb ölkələri, onların siyasi rəhbərliyi, parlamentləri və böyük partiyaları diktator ailəsinin niyyətlərini bizdən öyrənirlər. Beləliklə, Qərbi baş verəcək hadisələrin qanlı ssenariləri barədə xəbərdar edirik.
  7. Rejimə və diktator ailəsinə, o cümlədən “Paşa Holdinq” kimi biznes aktivlərinə sanksiya qoyulmasına zəruri ehtiyac olduğu barədə mövqeyimizi bildiririk.
  8. Diktatorun hərəkətləri barədə xalq arasında təbliğat aparırıq.
    Nə gözlənir?
  9. Mitinqlər, etirazlar və aksiyalar dayanmayacaq, əksinə üçqatlı qüvvə ilə davam edəcək.
  10. Əliyevlər diktaturası getməlidir və bu diktaturanın qalmaq şansı yoxdur.
  11. Əliyev rejiminə Qərb tərəfindən sanksiya tətbiq edilməli və vitse-diktator Əliyevin Fransa və digər Avropa Birliyi hakimiyyəti ilə əlaqələri ifşa edilməlidir.

Nəticələr:

  1. Əli Kərimli ilə İlham Əliyev arasında paralellər aparsaq, Kərimli Nelson Mandella, Əliyev isə Qəddafi və ya Səddam Hüseyn obrazındadır. Üstəlik, Əliyevdə Qəddafi və Hüseynin xarizması belə yoxdur. Buna görə, Əli Kərimli xalqın rifahı naminə özünə xələl gətirən qeyri-populyar bir qərar da verə bilər. Və o məhz qan tökülməməsi üçün belə bir qərar verdi. Qısa bir videoya baxın və görəcəksiniz ki, aksiya və mitinqlər xalqın istəyidir. Əli Kərimli, sadəcə, bu iradənin icraçısıdır.
  2. Xalq Əliyevin abidələrini müxalifətin göstərişi ilə ləkələyib təhqir etmir. Əliyevin deputatları və məmurları illərdir bu xalıq ələ salır və Əliyev buna mane ola bilmir. Parlament böyük bir cinayət anklavına çevrilib və xalq onlara qarşı cəza tələb edir. Xalq tərəfindən diktator Əliyevin ailə üzvlərinin fotolarının təhqir olunmasına səbəbkar deputatlar idi, amma Əliyev susdu … Əli Kərimli xalqın səsi oldu və Əliyev reytinqini itirdi
  3. Tezliklə yeni mitinqlərin elanını gözləyin.

Elxan Məmmədli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=137515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930