Dövlət Komitəsinin sədri qadınlara çağırış edib

09.12.2019 - 13:48

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Fransa səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda birgə dəyirmi masa keçirib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Simona Qatti bildirib ki, gender əsaslı zorakılıq kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil olunub.

O qeyd edib ki, Aİ-nin gender bərabərliyi ilə bağlı öhdəlikləri var, təşkilat bu öhdəliklərə sadiqdir.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsinin gender zorakılığına qarşı mübarizə istiqamətində hökumət siyasəti barədə məlumat verib. Səfir bildirib ki, gender bərabərliyi və bu istiqamətdə fəaliyyət Fransada mühüm məsələ elan edilib və cəmiyyət fəalları, ictimai birlikləri, media bu işə cəlb olunub.

Səfir 2020-ci ilin iyulun 7-də Meksika və Fransanın birgə təşəbbüsü ilə gender əsalı zorakılıqla bağlı Parisdə beynəlxalq konfransın keçiriləcəyini deyib.

“Azərbaycanın da yüksək səviyyədə konfransda təmsil olunmağını istərdik”, – deyə səfir vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, gender əsaslı zorakılıqla bağlı kampaniya artıq 16-cı gündür davam edir və bu müddətdə bir sıra layihə və aksiyalar həyata keçirilib.

Azərbaycanın bu istiqamətdə aktiv iş gördüyünü bildirən Dövlət Komitəsinin sədri qadınlara çağırış edib.

“Qadınlar öz hüquqlarını daha yaxşı bilməli, problemlərini gizlətməməlidirlər. Çox istərdik ki, qadınlar hər hansı problemlə üzləşəndə istər polisə, istərsə də digər aidiyyəti qurumlara müraciət etsinlər. Bəzən qadınlar müraciət etməyə çəkinir, qorxur. Bunun müxtəlif səbəbləri var. Bu səbəblərdən birincisi qadınların iqtisadi baxımdan özlərini müstəqil hiss etməmələridir. Qadın öz hüquqlarını bilməli, müstəqilliyini qorumalı, daxilən güclü olmalıdır”, – deyə H. Hüseynova qeyd edib.

Tədbirdə Fransanın Gender Bərabərliyi üzrə Ali Şurasının baş katibi Klarie Jiru da çıxış edib.

Dəyirmi masa çıxışlarla başa çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930