AŞPA Azərbaycandakı növbədənkənar seçkiləri müzakirəyə çıxarır

09.12.2019 - 14:29

Bu gün dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tədbirlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəklər.

Mətbuat xidməti qeyd edir ki, iclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və Azərbaycanda keçiriləcək parlament seçkiləri, monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Konstitusiya Məhkəməsinin rəyi əsasında Milli Məclisin buraxılması, növbədənkənar seçkilərn təyin edilməsi haqda sərəncam imzalayıb. Milli Məclisin qanunvericilik funksiyasına xitam verilsə də onun bəzi funksiyaları, o cümlədən beynəlxalq təşkilatlarda təmsilçilk qüvvəsində qalır. Nəticədə Milli Məclisin iki deputatı AŞPA toplantısına yollanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930