19 yanvar mitinqinin effekti böyük oldu

28.01.2019 - 07:29

19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından daha böyükdür. Bu son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli idi. Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti böyük oldu. Çünki hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb.
Azərbaycan hakimiyyətində belə təsəvvürlər vardı ki, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun yarıtmaz antimilli, kriminal siyasətinə xalqın “yox” demək imkanı artıq aradan qaldırılıb. Mitinq hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi.
Üç ay küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əmək haqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə vətəndaşları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Onun ən böyük əhəmiyyəti bundadır.
İlham Əliyevin 15 illik hakimiyyətinin nəticələri indi ortadadır. Hakimiyyətin ifşası indiki kimi açıq şəkildə ortada olmamışdı. Bu, ilk növbədə beynəlxalq jurnalist şəbəkəsinin araşdırma mövzusuna çevrilən miqyaslı korrupsiya faktlarına aiddir.
Hər bir hakimiyyətin faciəsi onun ironiyaya çevrildiyi gündən başlayır. Azərbaycan hakimiyyəti üçün bu, Konstitusiyanın dəyişdirilməsindən və birinci vitse-prezidentin təyinatından başladı. Bugünkü siyasi fəallıq bütün bunların nəticəsidir. Milli Şura mitnqləri davam etdirəcək və hakimiyyət onlara icazə verməyə məcbur olacaq. “Əgər hakimiyyət razılaşmasa, deməli “Sərbəst toplaşma haqqında” qanunu, Konstitusiyanı, beynəlxalq öhdəlikləri pozmuş olacaq.

Sənan Muradov

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=138288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930