Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu bu gün başa çatır

12.12.2019 - 10:06

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatır.

“Report” xəbər verir ki, sənəd qəbulu dekabrın 12-i saat 18:00-da yekunlaşacaq.

Bu günə qədər müsabiqəyə 5 şirkət qatılıb.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138523

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930