Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı kəsirli olaraq qalır

13.12.2019 - 16:43

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 003 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 6 896,7 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 1 841,4 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 1 446,7 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 1 191,3 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 394,4 milyon dollarlıq qalıq hesabına formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il xarici ticarət balansının qalığı 6% azalıb, xidmətlər balansının kəsiri 40,7% artıb, ilkin gəlirlər balansının kəsiri 1,5% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 5,6% artıb), təkrar gəlirlər balansının qalığı 28,4% azalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138726

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930