Yasamalda mağazadan 36 min manatlıq saat oğurlanıb

14.12.2019 - 12:57

Bakıda mağazalardan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138752

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930