İsfəndiyar Axundov Prezidenti aldadıb: Fikrət Məmmədov ondan qorxur, qanunlar isə işləmir

07.01.2020 - 09:19

Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Biz də cumhuriyyet.az olaraq İsfəndiyar Axundov və onun rəhbəri olduğu “Şərur” MTK şirkətinin bir dələduzluq faktına diqqət salacağıq. Söhbət Prezidenti aldatmaqdan, dövlətə meydan oxumaqdan gedir.
2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem ölkə rəhbəri İlham Əliyevin diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi. Lakin cumhuriyyet.az bildirir ki, “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”.
Qərarın çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal həbsə atılır. Bununla bağlı şikayətçilər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin qəbulunda olsalar da, yüksək dövlət vəzifəsi daşıyan və faktiq olaraq dövlətin icra gücünün başında duran şəxs İsfəndiyar Axundova qarşı getməkdən çəkindiyini nümayiş etdirib. Şikayətçilərin cumhuriyyet.az-a bildirdiyinə görə N.Mustafayev söhbətdə açıq açığına İ.Axundovun güclü himayədarlarının olduğunu bildirib. Maraqlıdır bu ölkədə Prezidentin və Dövlət qanunlarından üstün güc kimdir? Əli hər yerdən üzülən zərərçəkmişlər Birinci Vitse Prezidentin qəbuluna gedərək ondan kömək diləyirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140154

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829