Cəmil Həsənlidən Taleh Bağırzadəyə gözlənilməz tənqid – Qasım Süleymaniyə görə

07.01.2020 - 11:35

“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasım Süleymaninin İraqda amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C.Həsənli bildirib ki, milləti bir birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir: “General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur. Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymanini,“dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi” adlandırması məyusedici dəyərləndirmədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031