Partiya sədrinin qəfil qərarı – Əli Əliyev seçkiyə qatıldı

14.01.2020 - 11:06

Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin namizədliyi qeydə alınıb.

BakuPost-un məlumatına görə, Ə. Əliyev seçkilərdə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən iştirak edəcək.

Artıq DSK tərəfindən onun namizədliyi qeydə alınıb. Maraqlıdır ki, Əli Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı heç bir məlumat yox idi. Buna görə də, VİP-in seçkidə iştirak etməyəcəyi bildirilirdi. Görünür, Əli Əliyev qəfil qərar verib və imzalarını toplayıb.

Qeyd edək ki, bu dairədə Ə. Əliyevin rəqibi “Real”ın namizədi, Vəkillər Kollegiyasının üzvü Cavad Cavadlı və bir müddət əvvəl “Real”da İlqar Məmmədovun əleyhinə çıxan Azər Qasımlıdır. Həm A. Qasımlının, həm də C. Cavadlının namizədliyi DSK tərəfindən qeydə alınıb. Bu dairədən hakim partiyanın namizədi Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Elnur Allahverdiyevdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140698

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930