Goranboyun “ən varlı adamı” kürəkənini deputat seçdirir – YAP-ın rəsmi namizədidir

14.01.2020 - 16:17

96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilməyə 15 iddiaçı var. Hazırki deputat Mahir Aslanovun bu dairədən yenidən namizədliyini irəli sürməməsi növbədənkənar seçkilərdə kimin bu dairədən mandat alacağına marağı artırıb.

Mərkəzi Seçki Komissiyasının informasiya bazasına yerləşdirilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar İlyas oğlu Məmmədovun namizədliyini irəli sürüb. BAXCP nümayəndəsi, jurnalist Əli Həziquliyev və Ümid Partiyasının yerli şöbəsinin sədri İmamverdi Verdiyev isə siyasi partiyalardan onun alternativləridir.

Başqa namizədlər özləri barədə məlumatlarda “təhsil işçisi, məmur, işsiz və fəhlə” oldularını qeyd ediblər.

Beləliklə, məlum olur ki, YAP bu dairədən “qurbanlıq” namizəd irəli sürməyib, Anar Məmmədovun millət vəkili seçilməsi üçün əmək sərf olunacaq. Bəs 1984-cü il təvəllüdlü Anar Məmmədovun hakim partiyanın real dəstəyini qazanmasının səbəbi nədir?

Apardığımız araşdırma zamanı məlum oldu ku, YAP-ın rəsmi namizədi Goranboyun ən varlı adamlarından biri kimi ad çıxarmış Qulam Ələkbərovun kürəkənidir. O, “Azəravtoyol” QSC-nin yerli şöbəsinin rəis müavini olsa da, Azərbaycanda və MDB məkanında böyük biznesə sahibdir. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla iş ortağı, “Azərbaycan Dəmiryolları QSC”-nin sədri Cavid Qurbanovla yaxın əlaqələrə malikdir.

İnternet resurslarında onun haqqında çoxsaylı tənqidi materiallar var.

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031