Ötən il Azərbaycanın yol təsərrüfatına 680 min manatdan çox maddi ziyan dəyib

15.01.2020 - 14:00

“2019-cu il ərzində Bakıda və ölkənin ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib”.

“APA-Economics”in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 kvadrat metr informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb.

“Ümumilikdə, yol təsərrüfatına 680,4 min manatdan çox maddi ziyan dəyib, bundan 423 911 manatı ödənilib”, – deyə S. Məmmədov qeyd edib.

Əlavə olaraq bildirilib ki, dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140820

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031