MTRŞ sədri 102 MHz tezliyi ilə bağlı müsabiqənin ləğv olunmasına münasibət bildirib

16.01.2020 - 10:39

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin ləğv olunmasına münasibət bildirib.

“Report”un məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqənin ləğv olunmasının səbəbi sənədlərini təqdim edən 5 hüquqi şəxsdən üçünün iddiasını geri götürməsi ilə əlaqədardır:

“Bilirsiniz ki, 3 iddiaçı iddialarını geri götürdü və 2 iddiaçı qaldı. Belə olduğu təqdirdə qanun müsabiqənin keçirilməsinə icazə vermir. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib. Əgər gələcəkdə ehtiyac olarsa, Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə yenidən elan ediləcək”.

Qeyd edək ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri ləğv edilib. Müsabiqə üçün sənədlərini Şuraya 5 iddiaçı – “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC; “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC təqdim etmişdi. Sonradan üç iddiaçı – “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=140895

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031