Əsirlikdəki Dilqəm Əsgərovun oğlunun şikayəti ilə bağlı RƏSMİ MƏLUMAT

16.01.2020 - 14:15

Erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov dünən sosial şəbəkədə silahını geri ala bilmədiyi barədə məlumat paylaşıb.

Paylaşımla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytnantı Eşqin Qasımov silahın yalnız D.Əsgərov əsirlikdən azad olunandan sonra qaytarıla biləcəyini açıqlayıb:

“Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahı Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının müsadirə etdiyini bildirib. Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 2018-ci il dekabrın 12-də Kürdoğlu Əsgərov Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerinə qoyulub . Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər”.

E.Qasımov K.Əsgərovun qeyd etdiyi etibarnamə məsələsinə də aydınlıq gətirib:

“Müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə, qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyinin qəbulunda olanda hər hansı bir etibarnamə təqdim etməyiblər”.

Qeyd edək ki, hazırda erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov dünən özünün “FacebooK” profilində Şəmkir Rayon Polis Şöbəsindən narazılıq etməsi ilə bağlı paylaşım edib. O, atasının adına olan silahın əlindən alındığını, bir il keçsə də özünə qaytarılmadığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140938

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031