Deputatlığa namizədlərin sayı 1623-ə çatıb

17.01.2020 - 11:55

Yanvarın 17-də Milli Məclisə seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Təşviqat kampaniyası 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat səhər 08:00-a qədər olan dövrü əhatə edir.

“Report” xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.

O deyib ki, bu günə qədər 1623 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: “Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir”.

MSK rəsmisinin sözlərinə görə, Azərbaycanda güclü siyasi iradə mövcuddur və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar.

“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”, – Qabil Orucov vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031