MSK jurnalistin namizədliyini qeydə almaqdan imtina etdi

17.01.2020 - 15:15

Tanınmış jurnalistin namizədliyi qeydə alınmayıb.

Modern.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.

Komissiyanın üzvü Ramiz İbrahimov bu barədə məlumatı səsləndirib. O qeyd edib ki, Z.Əzəmətin təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlər düzgün qeyd edilməyib.

Sonda məsələ səsverməyə çıxarılıb. Jurnalistin namizədliyinin qeydə alınmaması haqqında DSK-nın qərarı qüvvədə saxlanılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Zahir Əzəmətin (Rəhimov) namizədliyinin qeydə alınmamasına münasibət bildirib.

O söyləyib ki, MSK namizədi qeydə almaq üçün imkan axtarır:

“Biz imkan axtarırırq ki, namizədi qeydə alaq. Bunu təkcə sözdə demirəm”.

MSK sədrinin sözlərinə görə, namizədlərə əmlaklarını qeyd etmələri barədə dəfələrlə müraciət edib:

“Bununla bağlı dairə seçki komissiyalarına irad bildirmək olmaz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141044

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930