Bakıda 71 yaşlı qadın dəm qazından ölüb
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.
Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Short URL: https://www.cumhuriyyet.net/?p=141066