Azərbaycan deyiləndə ayağa qalxmağı bacaran ziyalı

17.01.2020 - 11:22

Deyir ki,- “Əgər bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim”. Bunu ancaq abırlı insanlar düşünə bilər. Bizdə belələrinə “imam kimi kişidir”, deyirlər…

Onun dilindən heç zaman kobud söz eşidən olmayıb – yüksək mədəniyyətin beşiyi daxili zənginlikdir…

Hadisələri düzgün təhlil etmək qabliyyəti vardır – bunu yalnız müdrük insanlar bacarır…

Ötkəmdir – deyilən kəlmə Haqqdan gəlirsə, hər bir səddi aşıb ünvanına yetişəcək…

İstənilən mövzuda söhbət etməyi bacarır – dərin düşüncəyə, geniş təfəkkürə malikdir…

Yeri gələndə polad kimi sərt, yeri də gələndə mum kimi yumşaq olur – imanının göstəricisidir…

Ucqar bir rayonun əlçatmaz dağ kəndində dünyaya gəlib. Zəhməti, əzmkarlığı ilə elmlər doktoru, professor səviyyəsinədək yüksəlib. Və ən əsası özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını bu günədək qoruya, saxlaya bilib…

Professor Fəzail İbrahimli təkcə alim deyil, xalqın, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran, dövlət atributlarına qarşı çıxanlara məntiqlə cavab verən aydınlarımızdandır…

Onun Milli Məclisdə himnimizə qarşı çıxanlara tutarlı cavabı, buna bariz nümunədir. Bir neçə bənddən ibarət olan himnimizi dörd hissəyə bölüb, elə təhlil etdi ki, necə deyərlər, bunu hər döşünə döyən filoloq ifadə edə bilməzdi. O, milyonlarla insanın etirazını çox yüksək səviyyədə çatdıra bildi…

Ümumiyyətlə, Fəzail müəllim Milli Məclisdə xalqı düşündürən, xalqı narahat edən problemləri tez-tez səsləndirib. Biz həmin çıxışların yalnız bir hissəsini “sehirli qutudan” yayımlanan fraqmenlərdə görürük…

İnsanlığın bir zirvəsi var, Fəzail müəllim ruhən, qəlbən, davranışı, əməlləri ilə həmin zirvəyə yüksələ bilib.
Dünya yaranandan üzü bəri yaxşı insanlar çox gəlib-gedib və onların bir missiyası olub- yaxşı əməlləri nəsildən nəsilə ötürmək…

Bəli, o, ucqar bir dağ kəndində dünyaya gəlib. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanıb. İnsanların qəlbinə bir parlaq aydın kimi yol tapa bilib. Və ən başlıcası, Azərbaycan deyiləndə ayağa qalxmağı bacarır…

Fəzail müəllim 69 saylı Seçki Dairəsindən, Masallı-Cəlilabad-Biləsuvar ərazisindən Milli Məclisə namizədliyini irəli sürüb.
İnanırıq ki, hər üç rayonun ərazisində yaşayan seçicilər məhz professor Fəzail İbrahimlini seçəcəklər…

Elman Eldaroğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141084

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930