“Şəhid ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndir”

21.01.2020 - 09:11

Rəşad Mahmudov: “Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onlara ehtiram göstərmək bizim borcumuzdur”

 

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudovun şəhid ailələri ilə görüşündə maraqlı anlar yaşanıb.

Moderator.az xəbər verir ki, şəhid anasının dövlət tərəfindən ona verilən birdəfəlik kompensasiyanı artezian quyusunun qazılmasına sərf etməsi və həmin quyunu inssnların birgə istifadəsinə verməsi məşhur cərrahı duyğulandırıb. R.Mahmudov sosial şəbəkədəki hesabında bu haqda aşağıdakıları yazıb:

“Yanvarın 19-da şəhid anası, 82 yaşlı Əhmədova Zeynəb Xalıq qızı ilə görüşdüm. Zeynəb ana, bugünə qədər gördüyüm fərqli ana obrazı kimi yaddaşımda qaldı.

1994-cü ildə itkin düşmüş oğlu Əhmədov Mikayıl Sabir oğluna məhkəmə qərarı ilə şəhidlik statusu verilmişdir. Zeynəb ana hələ də oğlunun gələcəyi günü gözləyir. Yaşayış şəraitinin çətin olmasına baxmayaraq, dövlət tərəfindən tətbiq olunan şəhidlik müavinətlərindən bacardığı qədər istifadə etməməyə çalışır. Ölkə başçısının ona verdiyi birdəfəlik yardım hesabına artezian su quyusu qazdıraraq oğlunun da ruhunun şad olması üçün qonşuların ümumi istifadəsinə hədiyyə etməsi isə məni qürurlandırmaqla yanaşı həm də duyğulandırdı. Bax budur əsl qürurlu Azərbaycan qadını!

Zeynəb ananın səhhəti, yaşayış şəraiti və problemləri ilə maraqlandım. Söhbət əsnasında hiss etdim ki, oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün abidəyə və ya hər hansı bir məktəbə adının verilməsi kimi kiçik bir gözləntisi var. Yenicə əsgərlikdən qayıtmış nəvəsi ilə söhbət edərkən hələki işləmədiyini anlayıb onun işlə təmin olunması və şəhidimizin adının əbədiləşdirilməsi üçün aidiyyatı qurumlara məlumat verəcəyimi və əlimdən gələn dəstəyi əsirgəməyəcəyimi bildirdim.

Vətənimizin müstəqilliyi uğrunda canını fəda vermiş şəhidlərin ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndi”.

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930