Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib

21.01.2020 - 10:26

“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının sədri dəyişib.

 

“Report” xəbər verir ki, indiyə qədər Şuraya rəhbərlik edən Asəf Hüseynov vəzifəsindən azad edilib, onun yerinə isə Fərid Abuşov seçilib.

 

A.Hüseynov ötən ilin noyabr ayına qədər “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini olub, 3 aydır ki, “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İH-nin üzvü kimi fəaliyyət göstərir. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub.

 

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141138

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930