Fəzail İbrahimli Cəlilabadda daha bir izdihamlı görüş keçirib

26.01.2020 - 16:32

Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin Cəlilabad rayonunda seçicilərlə görüşləri davam edir. O, bu gün Cəlilabad rayon Komanlı kəndinin sakinləri ilə görüşmüşdür.
F.İbrahimli əvvəlcə ötən dövrdə millət vəkili kimi gördüyü işlərdən danışmış, ötən dövrdə seçicilərlə daimi təması, onların problemlərinin həllində iştirakından danışmışdır. Görüşdə kənd sakinləri, müharibə veteranları, ziyalılarla ölkənin bu günü və yaxın keçmişi müzakirə olunub, habelə əhalinin hazırkı qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Fəzail İbrahimli görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırmış, millət vəkili seçiləcəyi halda yenə də seçicilərin etimadını doğruldacağını bildirmişdir.
Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizəd kimi Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141556

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930