Saatlı rayonunda qarşıdurma

27.01.2020 - 09:40

62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Mehdiyev Oqtay Hüseyn oğlunun 26 yanvar 2020-ci il tarixdə saat 1300 – 1600 radələrində seçiciləri ilə nəzərdə tutulan görüşü qarşıdurma və polis zorakılığı ilə başa çatmışdır. Belə ki, Saatlı şəhər mədəniyyət sarayı 500 nəfər adam tutduğu halda, həmin görüşə min nəfərdən artıq insan gəlmişdir. Adamların çoxluğu yerli hakimiyyət orqanlarını, YAP-ın rayon təşkilatının və 62 saylı DSK-nın rəhbərliyini ciddi narahat etmiş, səlahiyyətlərindən sui-istifadə edərək tədbirin polis zorakarlığı ilə dağıdilmasına nail olmuşlar. Yerli əhali baş vermiş hadisəni əvvəlki illərdə olduğu kimi bu dəfə də digər regiondan olan şəxslərin Saatlıdan deputat təyin edilməsinə nail olmaq cəhdi kimi dəyərləndirib və bunu Seçki qanunvericiliyinin kobud şəkildə pozulması halı kimi pisləmişlər. Onlar bu qənaətə təsadüfən gəlməyiblər.
Demokratik seçkilərin keçirilməsinin əleyhinə olan bəzi qüvvələr bütün inzibati resursları səfərbər edərək deputatlığa namizəd Əziz Ələkbərli üçün münbit şərait yaratmağa çalışır, yerli icra orqanları, bələdiyyə təşkilatları əhaliyə təzyiq edərək onları Ə.Ələkbərlinin tədbirlərinə qatılmağa məcbur edir, bir sözlə, zorla onu deputat etmək fikrinə düşüblər. Hətta yerli hakimiyyət nümayəndələri açıq-açığına Bakıdan belə bir göstəriş aldıqlarını deməkdən çəkinmirlər. Bu vəziyyət isə Saatlı seçicilərində böyük hiddət doğurmuşdur. Onlar seçkilərə müdaxilənin dayandırılmasını tələb edirlər. Yerli əhalinin qənaətinə görə, rayonla heç bir əlaqəsi olmayan, əslən Qərbi Azərbaycandan olan, Saatlıda tanınmayan, siyasət və iqtisadiyyatdan xəbəri olmayan Əziz Ələkbərli onların heç bir problemini həll edə bilməz. Əgər qanunsuz müdaxilə davam edərsə, saatlılar kütləvi şəkildə etiraz aksiyası keçirəcəklər. Xatırladaq ki, Saatlıdakı 65 saylı dairədən də Qərbi Azərbaycandan olan şəxsin deputat seçilməsinə göstəriş verildiyi deyilir.
Bir qrup rayon sakininin mətbuata ünvanladığı müraciət bu sözlərlə bitir: “Maraqlı qüvvələr artıq VI çağırışdır ki, Saatlı camaatını təhqir edirlər. Rayon əhalisinin tanıdığı, etimad gösytərdiyi, rayonun problemlərini və qayğılarını bilən insanlara əngəllər yaradırlar. Onlar Cənab Prezident İlham Əliyevin demokratik seçki prinsiplərini kobud şəkildə pozaraq, pamçılıqda lider olan bir rayonun əhalisini və ziyalılarını aşağılayırlar. Biz seçkilərə kənar müdaxilələrin dərhal dayandırılmasını, seçkilərin şəffaf və demokratik keçirlməsini tələb edirik”.
Məktubda ədalət prinsipinin pzulmasının, seçkilərə müdaxilənin rayonda qarşıdurmalara gətirib çıxaracağı da qeyd edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141568

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930