Ali Məhkəmədə Nurəddin Xocanın kassasiya şikayətinə baxılır

26.02.2020 - 19:15

Azərbaycan Ali Məhkəməsi bu gün 2019 cu ildən bloklanmış Teref.info saytının redaktoru Nurəddin İsmayılovun kassasiya şikayətinə baxdı. Jurnalist, 2019-cu ilin mart ayında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti ilə 5,5 il müddətinə azadlıqdan məhrum edildi.
Buna səbəb 2018 il mart ayına qədər “Azenerjinin” prezidenti olan Etibar Pirverdiyevin qanunsuz hərəkətləri barədə mütəmadi mediada dərc olumuş yazıları öz saytında, müəllif sayt və qəzetlərə istinadla dərc etməsi olmuşdur.
Hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları qınayıb. Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladı. Ali Məhkəmədə keçirilən məhkəmə iclasında vəkil Elçin Sadıqov çıxış edərək, KİV haqqında qanunun 62 maddəsinə istinadən Teref.info saytının heç bir qanunu pozmadığını, bu itthamların söz azadlığına hücum kimi dəyərləndirildiyini, Avropa konvensiyasının 6,8,10,13,14 və 18 maddələrinin pozulduğunu, ümumiyyətlə bu işin absurd olduğunu dedi.
Vəkildən sonra prokuror ittihamı müdafiə etdi.
Ali Məhkəmə tərəfləri dinləyəndən sonra məhkəməni mart ayının 3-nə təxirə saldı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930