Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq işləri görülür

02.04.2020 - 09:59

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə
Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial
izolyasiya işləri davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə ənənəvi
təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq
işləri görülür.
Belə ki, 2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ
bir neçə ay əvvəl müəyyənləşdirilmiş, fiziki və hüquqi şəxslərlə müqavilələr
bağlanılmışdır. Füzuli rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və
aidiyyəti təşkilatların mütəxəssislər tərəfindən pambıq əkiləcək sahələrə baxış
keçirilmiş, çiyid səpiləcək sahələr arat edilmiş, mala işi aparılmışdır. Yaxın günlərdə
sahələrdə çiyid səpininə başlanılacaqdır. Ümumilikdə bu il rayon üzrə 700 ha sahədə
pambıq əkilməsi nəzərdə tutulub ki, bunun da 500 hektarı P-Aqro MMC ilə, 170 hektarı
Azərbambıq MMC ilə yerdə qalanı isə fərdi qaydada həyata keçiriləcəkdir.
Rayon ərazisində ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə
müəyyənləşdirilmiş, barama saxlanılacaq yerlərə baxış keçirilmiş, qarğı tədarükü
görülmüşdür. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili
kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu
ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 50 tondan
artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə
respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda
pambıq əkini və ipəkqurdu becərilməsi ilə bağlı tapşırıqlar insanların bir yerə cəm
olmaması şərti ilə, telefon vasitəsilə, uzaqdan idarəetmə ilə həyata keçirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031