19 yanvar mitinqinin qəhrəmanı xalqdı

22.01.2019 - 00:52

19 yanvar mitinqində müşahidə etdiyim bir mənzərəni sizlərlə paylaşmaq istəyirəm. AXCP-dən olan gənclər soyuq havada, əlləri qıpqırmızı və dizlərini yerə qoyub tribunanın qarşısına vurulacaq siyasi məhbusların şəkillərinin üzərini təmizləyirlər. Razı olmurlar ki, onların üzərində toz və ya ləkə olsun.
Bu fədakar gənclərin etdiklərini izlədikçə bilirsizmi nə düşündüm? Onlar ona görə üşüyür ki, ölkədə kimsə üşüməsin. Bu gənclər ona görə dizini yerə qoyub ki, 25 ildir hakimiyyət tərəfindən dizi yerə gətirilmiş xalqın dizi yerdən qalxsın…
İnanın onları izlədikcə elə kövrəlmişdim ki… Ürəyimdən onlara ünvanlı “ haqqınızı bu xalqa halal edin” sözləri keçmişdi.. Amma indi əminəm, onların, bu gün həbsdə olan onlarla siyasi məhbusun, yaxınlarının, bu günə qədər bu yolda səmimi şəkildə olanların və ömrünü verənlərin hamısının haqqı bu xalqa halaldır.
İndiyə qədər xalqdan gözləntimiz azdı, indi xalqın gözləntisini qarşılaya bilmirik.
Mənə onlarla insan yazır ki, mitinqlər olsun, Hətta xaricdən belə soydaşlarımız yazıb bildirir ki, kütləvi mitinqlər başlayanda ölkəyə gələcəyik. Mitinqəsə icazə verilmədi. Bu heç şübhəsiz ki, hakimiyyətin qorxduğunun nəticəsdir. Bu pafoslu və ya kimisə inandlrmaq üçün deyilən söz deyil, gerçəkdir.
Niyə?
Dostlar, bir düşünün, Milli Şura hər dəfə mitinq keçirmək istəyəndə hakimiyyət ona izn verirdi, çünki xalqda qorxu vardı və hələ o meydanı az sayda insan doldururdu. Bu dəfə durum fərqli idi və bunu hamı gördüyündən uzun izaha ehtiyac görmürəm.
Bu dəfə xalq özü gəlmişdi və bunu Milli Şura və ya AXCP etməmişdi, bu təşkilatlar sadəcə, doğru zamanda, doğru qərar qəbul etmişdi, xalqa səslənmişdi, xalqsa ona cavab vermişdi.
Çünki artıq cana doyub.
19 yanvar mitinqinin qəhrəmanı xalqdı. Dediyim kimi, o xalqı “haydı” deyib meydana səsləyən Milli Şura olduğundan indi izn verilmədikdə, mitinqi təxirə salan Milli Şuranı və xüsusən də Əli Kərimlini bir çoxları tənqid edir. Buna sevinirəm, çünki insanlar geri çəkilmək istəmir. Amma reallığı doğru dəyərləndirək. Hakimiyyət əslində, çox hiyləgərcəsinə davranır və bu, təbiidir. Onlar asanlıqla hakimiyyəti vermək niyyətində deyil. 19 yanvar mitinqi hakimiyyətin üzünə çəkilmiş sillə idi və öz xalqı ilə bütün bağlantıları itirmiş hakimiyyət buna qarşılıq olaraq özünə çəki-düzən vermək yerinə yenə də zora əl ataraq mitinqə izn vermədi.
Məmməd Mikayılov

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=144914

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930