Füzuli rayonunda barama tədarükünə başlanıb

01.06.2020 - 10:30

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan
baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə
saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, mayın 28-də karantin qaydalarını gözləməklə
barama tədarük məntəqəsində olub kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və
tövsiyyələr vermişdir. Bildirilmişdir ki, baramaçılıq xüsusilə 70-80-ci illərdə Ulu Öndər Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli
sahələrdən hesab olunurdu. Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən
baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun
artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir. Alı Alıyev ipəkqurdu
saxlayan kümçülərə bildirmişdir ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması
ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da
keyfiyyətli olur. İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə
respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını
yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının
yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.
Qeyd olunmuşdur ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə
uyğun olaraq bu mövsüm kümçülərə 1250 qutu, 25000 qr ipəkqurdu toxumu rayona gətirilərək
paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama
istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir. Hazırda yaş baramanın 1 kq-
nın subsidiya ilə birlikdə 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 50 tondan artıq
baramdan rayon sakinləri qısa müddət ərzində 450 min manatdan artıq vəsait əldə edəcəklər.
Təkcə baramaçılıqla bu il 625 ailə, 3230 nəfər məşğul olur ki, bu da əlavə iş yerləri, əlavə
qazanc və yaxşı güzəran deməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147507

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930