Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda görülən tikinti-quruculuq abadlıq işləri

29.06.2020 - 09:36

Füzuli rayonu dövlətin diqqət və qayğısı ilə daim əhatə olunub. Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri davam edir. Əhalinin sağlamlığının qorunmasının və göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi rayon Xəstəxanasının inşası hal-hazırda davam etməkdədir.
Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində iri miqiyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində
Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiç evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir. Füzulililər, göstərilən bütün diqqət və qayğıya, görülən bütün işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığlarını bildirirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148913

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930