Bakıda 1 milyonluq qızıl oğurlanan ev kimindir?

05.08.2020 - 11:44

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 milyon manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T. Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75min ABŞ dollarına Göyçay rayon sakini Ə. Salmanova satması müəyyən edilib. Davam etdirilən tədbirlərlə Ə. Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930