Prezidentin yunan səfirinə dedikləri…

03.09.2020 - 10:13

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən söylədiyi nitqlər, gündəmin əsas müzakirəsi mövzuları içində, haqlı olaraq, ön plana çıxıb.

Gündoğar ölkənin səfiri Cuniçi Vadanı qəbul edərkən, cənab Prezident iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, işbirliyinin çox geniş gündəliyi olduğunu diqqətə çatdırıb, fəal siyasi dialoq olduğunu bildirib.

Yaponiya haqqında qısaca olaraq nələri xatırlatmaq olar? – G7 üzvü olan Yaponiya, rəsmi inkişaf yardımının 5-ci ən böyük ianəçisidir (məsələn, bu ianənin həcmi 2014-cü ildə 9.2 milyard ABŞ dolları təşkil edib).

1956-cı ildən BMT-nin üzvü olan Yaponiya müxtəlif vaxtlarda (sonuncu dəfə 2009-cu və 2010-cu illərdə olmaqla, ümumilikdə 20 il) BMT-nin Təhlükəsizlik Şurasının üzvü olub; Yapo-niya Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışan ölkələrdən biridir.

Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulub. (Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi 12 oktyabr 2005-ci ildə açılıb. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi isə 21 yanvar 2000-ci ildə təsis edilib).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 7-10 mart tarixində Yaponiyada rəsmi səfərdə olub. Bundan 8 il öncə isə (1998-ci il 24-28 fevral tarixlərində) Azərbaycan Res-pub¬likasının Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri olub.

İki ölkə arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalanıb.

1. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlıq haqqında Birgə Bəyanat (26 fevral 1998, Tokio);

2. Azərbaycan Respublikası ilə Yaponiya arasında Ticarət və İqtisadi sahədə Əməkdaşlıq haqqında Birgə Bəyanat (26 fevral 1998, Tokio);

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Birgə Kommunike (26 fevral 1998, Tokio);

4. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında Birgə Bəyanat (10 mart 2006, Tokio);

5. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında Texniki Əməkdaşlıq haqqında Saziş (10 mart 2006, Tokio);

6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum (10 mart 2006, Tokio).

Azərbaycan Prezidentinin 5 fevral 1999-cu il tarixli 67 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılıb. İndiyədək Komissiyanın 8 iclası keçirilib.

Hər iki ölkənin şəhərləri arasında “Dostlaşmış şəhərlər statusu əməkdaşlıq çərçivəsi”nin qurul-masına nail olunub; İsmayıllı şəhəri və Şizuoka prefekturasının İto şəhəri arasında “Dostlaşmış şəhərlər mübadiləsi” sazişi 22 noyabr 2013-cü ildə imzalanıb.

Dostluq mübadiləsinin əsas məqsədi iki ölkənin mədəniyyəti və yaşayış tərzinin öyrənilməsi, insanlar arasında əlaqələrin genişləndirilməsi, o cümlədən Azərbaycan ilə Yaponiya arasında işbirliyinin dərinləşdirilməsidir.

Azərbaycanda yapon dili 3 orta ümum təhsil məktəbində, habelə BDU və ADDU-da tədris edilir.

Azərbaycanın Yaponiyadakı Səfirliyi bir sıra universitet və tədqiqat mərkəzləri ilə sıx əlaqələr qurub. Bundan əlavə Azərbaycanın ADA Universiteti Yaponiyanın bir sıra universitetləri ilə akademik mübadilə proqramları təsis edilib.

Göründüyü kimi, Yaponiya ilə münasibətlər çox önəmlidir və qarşılıqlı münasibətlərin inkişaf potenisalı güclüdür. Ancaq etiraf edək ki, cənab Prezidentin qəbul etdiyi iki səfirdən daha çox Yunanıstan səfiri ilə söhbət, daha doğrusu, dövlət başçımızın nitqi gündəmdə ən önplana çıxdı. Bu da, təsadüfi deyil. Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edən Prezident İlham Əliyev olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirdi.

Azərbaycan Prezidenti dövlətimizin xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi. Bu planda, aşağıdıkaı məqmları özəlliklə fərqləndirməliyik:

-Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlük format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərir;

-Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur;

-Azərbaycan Prezidenti Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir;

-Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu göstərir və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirir;

Qardaş ölkənin müdafiəsinə yönəlmiş bu qiymətli fikirlər, zamanlama baxımından özəl diqqət tələb edir. Türkiyə Avropa Birliyi, özəlliklə, Yunanıstan, Fransa və Almaniya tərəfindən, guya Şərqi Aralıq dənizində barış, rifah və sabitliyi pozmaqda “ittiham” edilir, san¬ksiyalarla “hə-dələnir”.

Əlbəttə, belə əsassız hədələmələr, ittihamlar, özündə şantaj, təhrik yükü daşımaqdadır. AB Şərqi Aralıq dənizində barış, rifah və sabitliyi hədəfləyən prosesin bir hissəsi olmaq – töhfə vermək istəyirsə, o zaman obyektiv və dürüst olmaq zorundadır. Beynəlxalq hüquq, müqavilə və saziş-lərdən irəli gələn vəzifələr şəxsi simpatiyalar, yaxınlıq-uzaqlıq, “tarixi hüsumət” və s. üzərində qurula bilməz. Əslində, barış, rifah, sabitlik istəyən qurum və quruluşalr, dövlətlər, öz çağırışlarını, gərginliyi artıran əsas tərəflərə – Yunanıstana (və Rum Kiprinə) etməliydi.

Türkiyə özünün beynəlxalq hüquqla qorunan maraqlarına zərər verən heç bir addımı qəbul etmir. Bu mövqenin üzərindən AB tərəfindən bu ayın 25-dək Türkiyəyə “növbəti şans” verildiyi açıqlanıb.

Məhz belə bir ortamda, Azərbaycan-Türkiyə qardaş¬lığı özünün növbəti təntənəsini yaşamış oldu!

Nəzərə alaq ki, özü ixtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində, gənc diplomatlara 5 il dərs keçən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev, Yunanıstan səfiri ilə açıq danışaraq, bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153437

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930