Cənubi Çin dənizində batan gəmidən cəmi bir heyət üzvü xilas edilib

03.09.2020 - 11:16

Yaponiya Sahil Mühafizəsi Xidməti Kaqoşima prefekturasına daxil olan Amami adalarının cənub-qərbində qəzaya uğramış gəminin yalnız bir heyət üzvünü xilas edə bilib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, xilasedici jiletdə olan həmin kişi dənizdə aşkar edilərək götürülüb. Filippin vətəndaşı olan həmin şəxsin bildirdiyinə görə, güclü qasırğa zamanı nəhəng dalğa gəmini yanı üstə çevirib.

Panama bayrağı altında üzən gəminin Yeni Zelandiyanın Neypir limanından Çin istiqamətində yola çıxdığı bildirilir.

Gəmidə olan 43 heyət üzvünün 39-nun Filippin, 2-nin Yeni Zelandiya, birinin Avstraliya və daha birinin Sinqapur vətəndaşı olduğu qeyd edilir. Artıq iki gündür davam edən əməliyyatda helikopterlərdən və katerlərdən istifadə olunur.

Heyət fəlakət barədə sentyabrın 1-dən 2-nə keçən gecə siqnal verib. Həmin vaxt bu ərazidə hava şəraiti “Maysak” tufanına görə çox pis olub.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153474

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930