Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı

03.09.2020 - 11:52

Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.

Nəticədə onlar yenidən polis və miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalardan birinə yerləşdiriliblər.

“Deportasiya prosesinin hansı səbəblərə görə təxirə salınmasının səbəbi açıqlanmayıb. Ancaq Azərbaycan vətəndaşlarının Düsseldorf şəhər hava limanına yaxın yataqxanaya yerləşdirilməsi onu deməyə əsas verir ki, növbəti həftə deportasiya üçün nəzərdə tutulan xüsusi Düsseldorf – Bakı reysi həyata keçirilə bilər”, – məlumatlı mənbə “Report”a bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə 5 azərbaycanlı Almaniyadan deportasiya olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930