“Koronavirus payızda ölüb gedəcək” iddiasına mütəxəssis rəyləri

05.09.2020 - 10:24

Baş epidemioloq bunu istisna etmir, həkim infeksionist isə…

Son zamanlar koronavirusun virulentliyinin (öldürücülük qabiliyyətinin) getdikcə azalması barədə fikirlər səslənir. Bəs payız aylarında bu virulentlik necə olacaq? Onu da qeyd edək ki, bəzi ekspertlər “COVID-19″un qarşıdakı aylarda getdikcə sönəcəyini bildirirlər. Bunu isə onun digər növləri olan ”Sars” və “Mers”lə əlaqələndirirlər.

Qeyd olunur ki, adı çəkilən viruslar yalnız 7-8 ay özünü göstərib və sonradan tədricən aradan qalxıb. “COVID-19″ virusu da özündən əvvəlki növləri kimi bir neçə aydan sonra aramızda olmayacaq.

Bu və digər məsələ ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a danışıb. Baş infeksionist də qeyd edib ki, son zamanlar “COVID-19″ xəstəliyinin gedişatında zəifləmə hiss olunmaqdadır: ”Lakin yenə də yanaşı xəstəliyi olan xəstələr üçün koronavirus öz təhlükəliliyini saxlayır. Qarşıdakı aylarda bu xəstəlik özünü necə göstərəcək, onu indidən heç kəs proqnozlaşdıra bilməz. Bəzi ekspertlər koronavirusun digər növləri olan “Sars” və “Mers”ə əsaslanaraq proqnozlar verirlər. Məlum olduğu kimi, bu viruslar virulentliklərini saxlaya bilirlər. Lakin “Sars” bir neçə aydan sonra aradan çıxdı, yalnız 1-2 dövr haradasa özünü göstərdi, daha sonra isə bir daha bu xəstəliyə rast gəlinmədi. Eləcə də “Mers” xəstəliyinə sonralar çox nadir hallarda rast gəlindi. Çox arzulayardıq ki, “COVID-19″un da taleyi digər növlərinin taleyinə oxşasın. Lakin bir daha qeyd edirəm ki, “COVID-19″un bundan sonrakı gedişatını  əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür”.

Baş infeksionist koronavirusla bağlı: "Hazırda bu viruslara qarşı  təsiredici preparat yoxdur" - BBC News Azərbaycanca

Cəlal İsayev

Baş infeksionist onu da qeyd edib ki, havaların soyuması ilə respirator infeksiyalar fəallaşmağa başlayacaq ki, bu da koronavirus təhlükəsini artıra bilər: “Beləliklə respirator infeksiyalar artdıqca koronavirusun yayılması da arta bilər. Həmçinin koronavirus yanaşı gedən xəstəlik kimi xəstəliyin kliniki gedişatını artıra bilər. Bu nöqteyi-nəzərdən koronavirusun başqa xəstəliklərlə yanaşı getməsi epidemioloji vəziyyətə təsirə göstərə bilər”.

Fərrux Sədirov - Publika.Az

Fərrux Sədirov

Həkim-infeksionist Fərrux Sədirov isə qeyd etdi ki, koronavirusun virulentliyinin azalması haqda fikirlər əsassızdır: “Koronavirusun öldürücülük qabiliyyətinin azalması ilə bağlı nə ölkəmizdə, nə də dünyada heç bir məlumat yoxdur. Virusun öldürücülük qabiliyyəti isə ölkələrə görə dəyişir. Düşünürəm ki, əgər koronavirus qış aylarında da davam edəcəksə, xəstəlik daha ağır şəkildə keçəcək. Çünki qış aylarında soyuğun təsirindən insanlarda immun sistemi daha da zəifləyir. Həmçinin digər respirator xəstəliklərlə mübarizədə immun sistemi bir qədər də zəifləmiş olacaq. Qeyd edim ki, adətən qış aylarında insanlar daha çox qapalı məkanlarda olmağa çalışır. Bu və digər faktorlar həm yoluxma sayının artmasına, həm də yoluxmanın daha ağır keçirməsinə təsir edə bilər. Lakin tibbi maskalardan düzgün istifadə etmək, sosial məsafə saxlamaqla koronovirus bəlasında uzaq olmaq mümkündür”.

Həkim “COVID-19″ digər növləri olan ”Sars” və “Mers” virusları kimi bir neçə aydan sonra aradan qalxacaq” fikirlərinə də münasibət bildirib: “Məlum olduğu kimi, ”Sars” virusu pandemiya yaratmadı. 2013-cü ildə əsasən Səudiyyə Ərəbistanda yayıldı. “Mers” də sadəcə Çində yayıldı. Yəni bu viruslar bütün dünyaya yayılmadı. Səbəb isə bu virusların yoluxuculuq qabiliyyətinin daha az olması ilə əlaqədardır. Lakin qeyd olunan virusların öldürücülük qabiliyyəti daha yüksək idi. Belə ki, “Sars”da öldürücülük qabiliyyəti 10 faiz, “Mers”də isə 35 faiz idi. “COVID-19″un isə onlarla müqayisədə öldürücülük qabiliyyəti daha azdır. Belə ki, ölkələrə görə bu 2-13 faiz arasında dəyişir. Yoluxuculuğu isə ”Sars” və “Mers”dən 3 qat daha çoxdur. Bu səbəbdən “COVID-19″u digər növləri ilə müqayisə etmək, onlara görə əsaslandırmaq doğru olmaz”.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930