Yaponiyanın cənubunda “Haishen” tufanına görə yüksək hazırlıq rejimi elan edilib

05.09.2020 - 11:07

Yaponiya Meteorologiya Agentliyi ölkənin cənub-qərbinə yaxınlaşan “Haishen” tufanının buradakı adalara tam gücü ilə çatacağını bildirib.

AZƏRTAC agentliyə istinadla xəbər verir ki, tufanın Okinava və Amamiyə şənbə günü, Kyuşü adasına isə bazar günü və ya bazar ertəsi çatacağı gözlənilir.

Şənbə günü yerli vaxtla saat 10 radələrində Sakit okeandakı Minami Dayto adalarından 200 kilometr cənubda olduğu bildirilən tufanın qərbdən şimala doğru saatda 15 kilometr sürətlə hərəkət etdiyi qeyd olunur. Tufanın mərkəzində küləyin gücünün saatda 180 kilometrə, arabir 250 kilometrə çatdığı bildirilir.

Daytocima rayonunun tufanın hərəkət istiqamətində olduğunu bildirən meteoroloqlar sakinləri təhlükəsiz yerlərdə qorunmağa çağırıblar.

Şənbə və bazar günlərində Okinava və Amamidə küləyin sürətinin saatda 200 kilometrə çatacağı gözlənilir.

Agentlik bu ərazilərdə güclü külək, leysan yağışları və hündür dalğalar barədə xəbərdarlıq edib.

Nəticədə yerli aeroportlar 80-dən çox reysi təxirə salıblar. Ərazidəki dəmir yolu şirkətləri də qatarların hərəkətində fasilələr olacağı barədə xəbərdarlıq yayıblar.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930