Qobustandakı ağır yol qəzasının səbəbi açıqlanıb

11.09.2020 - 16:42

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qobustan qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Musavat.com-a daxil olan məlumatda deyilir:

“Bu gün səhər saat 06:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 55-ci km-də 1 sərnişinin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Araşdırma zamanı müəyyən edilib ki, sürücü 1991-ci il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Ramal Bilal oğlu etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz Vito” markalı 99-XF-890 dövlət qeydiyyat nişanlı avtomobillə 10 sentyabr saat 8:30-dan Bakı və Sumqayıt şəhərlərinin ərazisində mütəmadi olaraq hərəkətdə olub, saat 17:30 radələrində Tovuz rayonu istiqamətinə gedib, saat 22:30-da həmin əraziyə çatsa da istirahət etmədən, yəni 11 sentyabr gecə saat 2 radələrində yorğun vəziyyətdə Bakı şəhəri istiqamətinə hərəkətə başlayıb və səhər saat 6:20-də sükan arxasında yuxuya gedərək yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minən, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşlarında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb.

“Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN BDYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarınada uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət edilmədiyinə görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154034

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930