“Əgər karantin rejimi tam yumşaldılırsa, insanlara müəyyən sərbəstliklər verilirsə, buna görə arxayınlaşmamalıyıq. Xəstəliyə qarşı vaksin əlimizidə deyil. Qorunma tədbirlərindən istifadə etməliyik”.

BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”nun qonağı olarkən deyib.

O bildirib ki, insanlar bu qaydalara riayət etməsə, bu, yoluxma sayının artmasına gətirib çıxaracaq:

“Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir.

İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər”.

VİDEO