Muxtaroğlu VM” MMC şirkətindən ölkə Prezidentinə və aidiyyatı qurumlara ŞİKAYƏT OLUNDU

16.09.2020 - 13:34
Hacı titulunu daşımaq Hacı olmaq demək deyil
Rubrika.Az saytında Sadiq Mahmudovun “Muxtaroğlu VM” MMC şirkəti ilə bağlı Prezidentə, eləcə də Baş Prokurora, Daxili İşlər Nazirinə ünvanladığı şikayət məktubu yayımlanıb. Həmin şirkətin «lotuluğu» ilə üzləşən və 15 min manat ziyana düşən S.Mahmudov nəinki halal haqqını ala bilmir, əksinə şirkət rəhbərliyi tərəfindən hədə-qorxulara məruz qalır.Xatırladaq ki,  S.Mahmudov avqust ayının 3-də Abşeron rayon, Xırdalan şəhəri Həsən Əliyev küçəsi 44 ünvanında yerləşən “Muxtaroğlu VM” MMC-də idarə etdiyi  99-FV-699 seriya nömrəli BMW X-6 markalı avtomobilin yağını dəyişdirib. Şirkət tərəfindən Almaniya istehsalı olan məhsul adı ilə şikayətçiyə satılan ucuz və keyfiyyətsiz yağ filtrinin mühərrikə qoyulması nəticəsində avtomobilin mühərriki sıradan çıxıb  və S.Mahmudova ümumilikdə 15 min manatdan çox ziyan dəyib. Bundan sonra şirkətin əməkdaşları ona dəymiş ziyanı ödəmək əvəzinə müxtəlif vasitələrlə məsuliyyətdən yayınmağa və hətta hədə-qorxu gəlməyə başlayıblar. Bundan sonra şirkət rəhbərliyi guya 3 min manat köməklik göstərməsini bildirsə də, qarşı tərəf bununla razılaşmayıb. Problemi KİV-lərdə ictimailəşdirəndən, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra isə S.Mahmudovu və məni guya onların işgüzar şərəfinə xələl gətirdiyinə görə məhkəməyə veriblər.

Dəymiş zərəri ödəmək əvəzinə S.Mahmudovdan 10 min, məndən isə 5 min manat təzminat istəyir. Şirkətin rəhbəri Vüqar adlı şəxs(özü də deyilənə görə hacıdır) özü dəymiş zərər üçün 15 min manat ödəməli olduğu halda bizdən həmin məbləği tələb edir.

Biz hətta ona vəkili vasitəsilə belə bir ismarıc göndərdik ki, görüşək. Bir halda ki, hacıdır, onda məsələni məhkəməsiz öz aramızda həll edək. Qurana əl basıb and içsin ki, maşına dəyən ziyan onların şirkətinin nümayəndələri tərəfindən satılan və maşının üstünə qoyulan keyfiyyətsiz yağ filtiri səbəbindən olmayıb. Əgər and içərsə, biz iddiamızdan əl çəkirik. Amma biz avtomobili göstərdiyimiz bütün mütəxəssislər problemin məhz yağ filtrindən qaynaqlandığını bildiriblər.

Göründüyü kimi hüquqi dövlətdə yaşadığımıza baxmayaraq “Muxtaroğlu VM” MMC heç bir qanuna məhəl qoymur. Özlərini sanki dağ başındaymış kimi hiss edir, vətəndaşa dəymiş ziyanı ödəmək əvəzinə zərərçəkmişdən pul tələb edirlər. Bir daha cənab Prezidentə, hüquq-mühafizə orqanlarına, İqtisadiyyat naziri M.Cabbarova müraciət edirəm. Belə bir şirkətin heç bir cəzasız qalması, qanunsuz fəaliyyətini davam etdirməsi başqalarını da təhlükə qarşısında qoyur. Onların fəaliyyəti dərindən araşdırılmalı, vergi ödəmələri yoxlanılmalıdır. Keyfiyyətsiz məhsullarla insanların min-bir əziyyətlə aldığı avtomobilləri sıradan çıxaran,əvəzində külli miqdarda pullar qazanan “Muxtaroğlu VM” MMC-nin fəaliyyəti dayandırılmalıdır! Hər bir sürücü istənilən anda onların potensial qurbanına çevrilə bilər. Bu böyük təhlükənin qarşısı alınmalıdır. Özünü qanunlardan üstün sananlara layiq olduğu cəza verilməlidir!

Nicat Mahmudov
Rubrika.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930