Rusiyaya “işləyən” azərbaycanlıların ŞOK SİYAHISI yayıldı – Görün kimlər var…

19.09.2020 - 10:14

Dossier.center saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Jurnalist araşdırmasında həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslər haqqda məlumat verilib.

Yazıda qeyd edilir ki, “ГРУ” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.

Redaktor.az saytı olaraq siyahıda adları qeyd olunan şəxslərin bir neçəsi ilə əlaqə saxladıq.

“Güvən” xeyriyyə və dostluq cəmiyyətinin təsisçisi Nigar Bayramlı bu barədə deyib: ”Adımı bu siyahıda görmək bir qədər qəribə oldu. Öz vətənimə, millətimə xidmət edən bir gəncəm. Əminəm ki, bu siyahıda adları qeyd olunan digər şəxslər də mənimlə eyni fikirdədi. Belə xəbərə görə danışmaq belə qəribədir…”.

Siyahıda adı qeyd olunan digər bir şəxs, “Azvision.az” saytının baş redaktoru Vusal Məmmədov da məsələ ilə bağlı fikirlərini bildirib: ”Orada belə yazılıb: “Среди бумаг Чернова обнаружился список граждан Азербайджана, которых, судя по всему, предполагается использовать в интересах Кремля”. Təbii ki, az-çox tanınan jurnalistin hansısa xarici ölkənin müəyyən xidmətlərinin diqqətini çəkməsi normaldır. Orada isə məsələ budur: Rusiyada tədbirlərdə iştirak etmiş bütün jurnalistlərin adı siyahıya salınıb ki, bəlkə nə vaxtsa istifadə edə bilərlər. İndi kiminsə diqqətini çəkmişiksə, burada qeyri-adi nə var ki?! Sadəcə demək istərdim ki, özlərinə əziyyət verməsinlər”.

Adı qeyd olunan, “İrəli” ictimai birliyinin nümayəndəsi Anar Qurbanov da məsəl ilə bağlı danışıb: “Açığı siyahı barədə heç bir fikrim yoxdur. Həmin təşkilat tərəfindən keçirilən layihələrdə iştirak etmək üçün dəvət almışam, getmişəm. Siyahıda qeyd olunan digər adlar da həmin layihələrdə iştirak edən şəxslərdir”.

Russiyanın xəbər saytında yer almış həmin siyahıda adları qeyd olunan şəxslərin bir qisminin verdiyi cavablara əsasən məsələdən xəbərdar olmadıqları məlum olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154529

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930