Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır FOTO

28.09.2020 - 16:21

Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar.

“Report”un yerli bürosunun məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər.

Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub.

Baş Konsulluqdan “Report”a verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək ordu sıralarına yazılan və döyüşməyə hazır olduqlarını deyən xeyli sayda gənc var. Onların arasında Türkiyədə doğulmuş həmvətənlərimizlə yanaşı, türkiyəli gənclər də var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155046

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031