Ukrayna XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəkləyirik, bu prinsip bizim üçün dəyişməzdir”

30.09.2020 - 15:39

“Biz Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba onlayn brifinqdə deyib.

“Biz hamımız Dağlıq Qarabağdakı hadisələrin inkişafını müşahidə edirik. Ukrayna Xarici İşlər Nazirliyi (XİN) vəziyyətin kəskinləşməsi ilə bağlı mövqeyini ilk bildirənlərdən oldu. Bu hadisələri izləməyə davam edirik, koordinasiya olunmuş mövqeyə sahib olmaq üçün tərəfdaşlarla danışıqlar aparırıq. Azərbaycan Xarici İşlər naziri ilə telefon danışığımız olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, qurbanlar, məhv deməkdir. Hazırda Qafqazda bu kimi hadisələrin baş verdiyi üçün çox təəssüflənirik. Mövcud vəziyyət göstərir ki, “dondurulmuş münaqişələr” həqiqətən dondurulmayıb və hər an püskürə bilər. Bunlar Avropadakı qeyri-sabitlik ocaqlarıdır və beynəlxalq ictimaiyyət onların nizamlanmasına müvafiq qaydada yanaşmalı və bunun üçün ardıcıl və sistemli səy göstərməlidir. Ukraynanın xarici siyasətinin təməl daşlarından biri dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”, – deyə Ukraynanın XİN başçısı vurğulayıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930