Latviyanın müdafiə naziri: “Azərbaycan əməliyyatları öz ərazisində aparır”

03.10.2020 - 15:59

“Gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb”

Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks 01.10.2020-ci il tarixində axşam saatlarında “RigaTV24” telekanalına müsahibəsində hazırda Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub. Musavat.com A.Pabriksin hərbi əməliyyatlarla bağlı səsləndirdiyi fikirləri olduğu kimi diqqətinizə təqdim edir:

“Bu dondurulmuş münaqişə canlı müstəviyə keçib. Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərilərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim.
Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoyub. Ancaq gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb. Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq. Və biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 13 faizi üzərində nəzarətə malik deyildir. Hal-hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq, de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.
Biz dünya ictimaiyyəti tərəfindən bir tərəfdən müharibədə hər hansı döyüşən tərəfin dəstəklənməsi ilə bağlı çəkingən mövqe – çünki sülh hər zaman daha yaxşıdır -, digər tərəfdən isə beynəlxalq təşkilatların və aparılan dialoqların 26 ildir ki, uğurlu olmadığını qəbul etməli olduğumuzu görürük”.

Artis Pabriks 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş qaçqınların və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid etdiyini bildirib.

Onun açıqlamasının orijinal video-variantı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://xtv.lv/rigatv24/video/W3AGXKDj7J5-padomju_savienibas_atlieku_sasaldetais_konflikts_ir_izkusis_pabriks_par_situaciju_kalnu_karabaha

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155345

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031