“Qoy, düşmən şok olsun, qorxuya düşsün…” – Murad Arif

06.10.2020 - 13:39

“Ən pis nə ola bilər ki? Ölə bilərik? Olsun! Torpağına sahib çıxmayan xalq niyə yaşasın ki? O damğa ilə yaşamaq yaşamaqdır ki?! Ona görə də, hər bir pis xəbər, hər itkiyə dirənməliyik, sınmamalıyıq. Qoy, düşmən çaşsın, şok olsun, qorxuya düşsün, anlamasın bizi”.

Musavat.com xəbər verir ki, bu sözləri bəstəkar müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, qələbəyə inandığını bildirib:

“Liderimiz var, peşəkar ordumuz var, haqqımız var. İndi gəlin Koroğlunun dəliləri olaq. Provokasiyalar çox olacaq. Bombalar da olacaq. Canımızdan can da gedəcək. Səhər uşaqlarımı məktəbə, bağçaya aparanda, min cür şey düşündüm… Bombadır də, Xızıya atan Bakıya da atar. Hazır olmalıyıq? Hazırıq! Ağlamaq, sızlamaq, üzülmək yox. Bir dənə də kədərli post, hüznlü cümlə görmək istəmirəm. Tarixdəki böyük düşmənə dirənən kiçik xalqları xatırlayır. Biz kiçik erməniyə dirənməyəcəyiksə, niyə varıq? Bir dəfə ölüb, min dəfə dirilək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930