Yevlaxda avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb

10.10.2020 - 10:38

Yevlax rayonunda minik avtomobilinin aşması nəticəsində 5 nəfər yaralanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aran qəsəbəsi yaxınlığından keçən avtomagistralda baş verib. İdarəetmədən çıxan minik avtomobili aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar – 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlkin Rəhimov, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Rizvan Vəliyev, 1996-cı il təvəllüdlü Tərtər rayon sakini Mahir Hüseynli, 1994-cü il təvəllüdlü Tərtər rayon sakini Nahid Zülqədərli və 1989-cu il təvəllüdlü Tərtər rayon sakini Nahid Qasımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930